Zəlzələ qurbanlarının sayı 800-ü ötdü

12:39 - 1 Sentyabr 2025 - DÜNYA

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 800-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 1-də ölkə hökumətinin rəsmi nümayəndəsi məlumat verib.

Qeyd olunur ki, Əfqanıstanın şərqində bazar günü axşam saatlarında baş verən zəlzələ və sonrakı yeraltı təkanlar nəticəsində 800-dən çox insan həlak olub.

2,8 mindən çox insanın xəsarət aldığı bildirilir. Xilasetmə əməliyyatlarında iştirak etmək üçün helikopterlər göndərilib.
. ABŞ Geoloji Xidmətinin məlumatına görə, seysmik hadisədən sonra ölkənin eyni bölgəsində 4,3-5,2 bal gücündə beş afterşok baş verib.

Xəbər xətti