Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Qırğızıstana keçir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tyantszin sammitinin yekun bəyannaməsinin mətnində deyilir.
Sənəddə qeyd edilir ki, Qırğızıstanın sədrliyi “ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifaha doğru birlikdə” şüarı altında keçiriləcək.
“ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı ildə Qırğız Respublikasında keçiriləcək”, - sənəddə deyilir.