2025-ci il sentyabrın 1-dən Rusiyada internetdə ekstremist materialların qəsdən axtarışına və VPN-lərin reklamına görə inzibati məsuliyyət tətbiq ediləcək.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fiziki şəxslər VPN xidmətlərinin reklamına görə 80 min rubla qədər cərimələnə bilər. Bununla belə, xidmətlərdən şəxsi istifadəyə görə heç bir cərimə nəzərdə tutulmur.
Həmçinin, internet hesablarına daxil olmaq üçün başqasının telefon nömrəsindən və başqasının məlumatlarından istifadə indi cəzalandırıla bilər. Bununla belə, sahibinin razılığı ilə telefon nömrəsinin və ya hesab məlumatlarının qısa müddətə ötürülməsinə görə heç bir cərimə tutulmayacaq.
Bundan əlavə, qanun internet istifadəçilərinə VPN-dən istifadə də daxil olmaqla ekstremist materialların qəsdən axtarışını qadağan edir.