BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında Çin və ABŞ nümayəndələri arasında mübahisə olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters yazır.
Səbəb ABŞ-ın daimi nümayəndəsi Doroti Şinin Rusiyaya ikili təyinatlı malların tədarük edilməməsi çağırışı ilə Çin tərəfinə müraciət etməsi olub.
Buna cavab olaraq Çinin Daimi Nümayəndəsi Qenq Şuanq bildirib ki, Birləşmiş Ştatlar Ukrayna məsələsində ittihamı dayandırmalı və sülh danışıqlarının asanlaşdırılmasında daha konstruktiv rol oynamalıdır.