Zelenski Trampla razılaşdığını bildirib

12:31 - 25 İyul 2025 - DÜNYA

Zelenski ABŞ prezidenti Donald Trampla Ukrayna pilotsuz uçan aparatlarının Vaşinqtona satılması barədə razılığa gəlib

Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski deyib. Zelenski qeyd edir ki, müqavilənin dəyəri 30 milyard dollara çatacaq.

Zelenski həmçinin xatırladıb ki, Ukrayna ABŞ-dan 10 “Patriot” hava hücumundan müdafiə sistemi almaq istəyir ki, onların tədarükü avropalı tərəfdaşlar tərəfindən ödəniləcək.
O, etiraf edib ki, indiyədək yalnız üç belə sistem üzrə razılaşma var. 

Xəbər xətti