ABŞ silahlı qüvvələri Suriyanın şimalında keçirdiyi reyd zamanı “İslam Dövləti” terror qruplaşmasının liderlərindən birini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Açıqlamaya görə, əməliyyat Suriyanın şimalındakı Əl-Bab şəhəri yaxınlığında həyata keçirilib.
Qeyd edilir ki, basqın zamanı İŞİD-in yüksək rütbəli lideri, həmçinin qruplaşma ilə əlaqəli olan iki oğlu da məhv edilib. Bildirilir ki, hər üçü “ABŞ, koalisiya qüvvələri və Suriyanın yeni hökuməti üçün təhlükə yaradırdı.