"Sabah" qrupları ilə bağlı YENİLİK

10:55 - 25 İyul 2025 - Xəbər

“Sabah qruplarına daxil olanların sayı 15 minə çatdırılması nəzərdə tutulur”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu istimamətdə artıq addımlar atılmaqdadır:

"Dəyişikliklərin biri də ondan ibarətdir ki, əvvəllər tələbələr ikinci kursdan başlayaraq "Sabah" qruplarında təhsil alırdılar. Bundan sonra göstərdikləri akademik nəticəyə və DİM imtahanlarındakı göstəricilərinə əsasən, müsahibə yolu ilə tələbələr birinci kursdan başlayaraq "Sabah" qruplarında təhsil ala biləcəklər".

Xəbər xətti