Rubio Makronun Fələstinlə bağlı açıqlamasını tənqid edib

05:32 - 25 İyul 2025 - DÜNYA

ABŞ Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləməyib.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio X-də yazıb.

“Birləşmiş Ştatlar Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir”, o, deyib.

Dövlət katibi Parisin qərarını ehtiyatsız adlandırıb və əlavə edib ki, bu, “yalnız HƏMAS-ın təbliğatına xidmət edir” və “7 oktyabr qurbanlarının üzünə vurulan sillədir”.

İyulun 24-ü Makron BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fransanın Fələstin dövlətçiliyini rəsmən tanıyacağını bəyan edib.

Xəbər xətti