Natanzdakı obyektdə radioaktiv çirklənmə baş verib - Qrossi

16:10 - 18 İyun 2025 - DÜNYA

İranın Natanzdakı nüvə obyektinin qoruyucu perimetri daxilində fon radiasiyasının bir qədər artıqlığı qeydə alınıb, əhali və ətraf mühit üçün heç bir təhlükə yoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu Atom Enerjisi Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi deyib.

"Natanzda ən çox zərər görən obyektdə obyektin perimetri daxilində cüzi radioaktiv çirklənmə olub. Əhaliyə birbaşa zərər yoxdur", - o, Bloomberg TV-yə müsahibəsində deyib.

Xəbər xətti