ABŞ-İran danışıqlarının vaxtı hələ bitməyib və Tehran Vaşinqtonla təmasdadır.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, Ağ Evdə jurnalistlərə ABŞ-İran danışıqlarını bərpa etmək üçün çox gec olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib:
“Heç nə gec deyil. Onlar hətta Ağ Evə gəlməyi təklif etdilər", - Vaşinqton administrasiyasının rəhbəri bildirib.
O, ABŞ-ın İrana zərbə endirməyə yaxın olduğunu dəqiqləşdirməkdən imtina edib.