Tramp İrandan qeyd-şərtsiz təslim olmağı TƏLƏB ETDİ

20:48 - 17 İyun 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp hazırda İranın ali dini lideri Ayətullah Əli Xamneyini məhv etmək planının olmadığını deyib, lakin ondan “şərtsiz təslim olmaq” tələb edib.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri Truth Social-da yazıb.
"Biz Ali lider adlandırlanın harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, lakin orada təhlükəsizdir. Biz onu məhv etmək fikrində deyilik, ən azı hələ ki, yox. Lakin biz mülki şəxslərə və ya Amerika əsgərlərinə raketlərin atılmasını istəmirik. Səbrimiz tükənir", - Tramp qeyd edib. "Qeyri-şərtsiz təslim!" yazdı.

Xəbər xətti