Kanada hakimiyyəti Ukraynaya 2 milyard Kanada dolları (1,5 milyard dollar) məbləğində hərbi yardım göstərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mark Karniyə istinadən CBC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Karni bunu Kananaskisdə keçirilən “Yeddilik Qrupu” (G7) sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşü zamanı bildirib.
Məlumata görə, hərbi yardım paketinə PUA-lar daxil ola bilər.
Bundan əlavə, Ottava Kiyevə 2,3 milyard Kanada dolları (1,7 milyard dollar) məbləğində kredit verəcək.