ABŞ prezidenti Donald Tramp köməkçiləri ilə əsas mövzusunun İsrail və İran arasında zərbə mübadiləsi olduğu güman edilən görüşü başa vurub.
Ucnoqta.az xəbər verir ki, Ağ Ev rəsmisi jurnalistlərə deyib ki, “görüş başa çatıb, təxminən 1 saat 20 dəqiqə davam edib”.
Bəzi Amerika KİV-lərinin yazdığına görə, dövlət başçısı onun nəticələri barədə məlumat vermək üçün mətbuata çıxa bilər.