"Araz Supermarket" məhsulu üzərindəki qiymətindən baha satrımış

16:05 - 18 İyun 2025 - Xəbər

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Araz Supermarket" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

Xəbər xətti