Neftin qiyməti 70 dollardan aşağı düşüb
Ucnoqta.az xəbər verir ki, Brent markalı neftin qiyməti 2024-cü il sentyabrın 11-dən bəri ilk dəfə bir barel üçün 70 dollardan aşağı düşüb.
Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 2,5% ucuzlaşaraq bir barel üçün minimum 69,91 dollara düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,7% ucuzlaşaraq 66,33 dollar/barelə bərabər olub.