Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib

00:22 - 21 May 2024 - DÜNYA

İran da daxil olmaqla dünyanın ən azı 8 ölkəsində helikopter qəzasında İslam Respublikasının prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin vəfatı ilə əlaqədar matəm elan edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bunlar Hindistan, İraq, Livan, Pakistan, Suriya, Tacikistan və Türkiyədir. Əksər ölkələrdə bir günlük matəm elan edilib, yalnız Suriya və Livanda üç gün, Tacikistanda isə iki gün davam edəcək.

İslam Respublikasında matəm tədbirləri beş gün davam edəcək.

Xəbər xətti