Minskdə metro stansiyasını su basıb

00:01 - 21 May 2024 - DÜNYA

Güclü yağış Belarus paytaxtının mərkəzində metro stansiyasını su basıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Minsk Metropoliteninin mətbuat xidməti məlumat yayıb.

Bazar ertəsi axşam saatlarında Minskdə yağan yağış və tufan nəticəsində yolların və obyektlərin bəzi hissələrini su basıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar bir sıra marşrutlarda ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Sosial şəbəkə istifadəçiləri iri ticarət mərkəzlərindən birinin damından axan suyun, eləcə də su basmış ictimai iaşə obyektlərinin görüntülərini yayımlayırlar.

Belarus Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, saat 22:00-a metrostansiyanın su basması qatarların hərəkətinə təsir göstərməyib. Yağışın nəticələrinin aradan qaldırılması üçün fövqəladə hallar və ictimai xidmətlərin mütəxəssisləri və texnikasından istifadə edilir.

Xəbər xətti