İsraildə hərbi hissə minaatanlardan atəşə tutuldu

21:27 - 13 Aprel 2024 - DÜNYA

İsrailin şimalında Birket Rişa qəsəbəsində hərbi hissə şiə "Hizbullah" döyüşçüləri tərəfindən minaatanlardan atəşə tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.

Məlumata görə, günorta saatlarında Ştula və Hətta Menahem sərhəd məntəqələrində İsrail ordusunun yataqxanalarına çoxsaylı raket sistemlərindən atəş açılıb.

Livanın cənubunun qərb sektorundan İsrail ərazisinə onlarla raket atılıb. 

Buna cavab olaraq İsrail artilleriyası Hizbullahın Alma əş-Şaab, Teir Harfa və Yarun yaşayış məntəqələri yaxınlığındakı postlarına zərbələr endirib.

Xəbər xətti