İsrail və ABŞ-ın Yeni Zelandiyadakı səfirliklərində şübhəli bağlamalar tapılıb

08:16 - 4 Dekabr 2023 - DÜNYA

İsrail və ABŞ-ın Vellinqtondakı səfirliklərinin qarşısında binaların xaricində şübhəli bağlamaların qalması səbəbindən kordon qurulub.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, polisin məlumatına görə, hadisələrin baş verdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılıb və partlayıcı qrupları işləyir.

Məlumata görə, bağlamalar yerli vaxtla saat 14:00-dan bir qədər əvvəl (GMT 04:00) İsrail və ABŞ səfirliklərinin yerləşdiyi Brandon Street və Fitcerbert Terrace-də tapılıb, lakin ehtiyat tədbiri olaraq daha geniş kordonlar quraşdırılıb.

"Radio New Zealand" xəbər verir ki, İsrail diplomatik missiyasının yaxınlığında təhlükəsizlik postu qurulub.

Bildirilir ki, şübhəli bağlamaların tapıldığı küçələrdə İsrail və Amerika səfirliklərindən başqa Kraliça Marqaret və Müqəddəs Məryəm Qızlar Kollecləri, Torndon Özəl Məktəbi və Müqəddəs Ürək Katedrali yerləşir. Bütün bu təhsil müəssisələri və kilsə polis yoxlaması zamanı giriş-çıxışa bağlanıb.

Xəbər xətti