Məhkəmə Trampın Harvardda xarici tələbələrə qadağasını bloklayıb

20:31 - 23 May 2025 - DÜNYA

Federal hakim Tramp administrasiyasının Harvard Universitetinə əcnəbi tələbələri qəbul etməyi qadağan edən addımını əngəlləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, müvəqqəti qadağa hökumətin Harvardın sertifikatından məhrum edilməsinin qarşısını alır və bu universitetə ​​ABŞ-da təhsil almaq üçün əcnəbi tələbələri qəbul etməyə imkan verir.

Xəbər xətti