Audiovizual Şurada televiziya yayımçıları ilə görüş keçirilib

12:25 - 21 May 2025 - MEDİA

Audiovizual Şurada dövlət büdəcəsindən maliyyələşən ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib

Ucnoqta.az xəbər verir ki, Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə 11 aprel 2025-ci il tarixdən qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və həmin dəyişikliklərə əsasən informasiya proqramlarında işarət dilinin tətbiqi məsələsi müzakirə olunub.

Xəbər xətti