Bitkoin yenidən bahalaşır - 107 min dolları ötdü

15:24 - 19 May 2025 - İQTİSADİYYAT

Bitkoinin qiyməti 24 yanvar 2025-ci ildən bəri ilk dəfə ticarət zamanı 107.000 dollardan yuxarı qalxıb.

Ucnoqta.az xəbər verir ki, bunu Binance platformasının məlumatları göstərir.

Məlumata görə, Bitcoin 3,88% bahalaşıb və dəyəri 107,108 min dollar təşkil edib.

Daha sonrakı saatlarda kriptovalyutanın qiyməti azalmağa başladı və 102,935 min dollar (-0,87%) səviyyəsində ticarət edildi. Eyni zamanda, Ethereum kriptovalyutası 3,56% ucuzlaşaraq 2 415 min dollara düşüb.

Xəbər xətti