KTMT İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına ümid edir

12:29 - 19 May 2025 - DÜNYA

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla Azərbaycan arasında ən qısa zamanda sülh müqaviləsinin imzalanmasına ümid edir.

Ucnoqta.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

"Qafqazda müəyyən müsbət irəliləyişlər var. Bu, Ermənistan Respublikası və Azərbaycan Respublikasının danışıqların başa çatması və iki ölkə arasında dövlətlərarası sənədin mətni üzrə razılaşması barədə bəyanatıdır", - deyə o, KTMT Parlament Assambleyası (PA) Şurasının iclasında bildirib.
“Biz sənədin mümkün qədər tez imzalanmasına ümid edirik və onun həyata keçirilməsinin Cənubi Qafqazda sülh və sabitliyə yol açacağını gözləyirik”.

Xəbər xətti