Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşları da daxil olmaqla 33-dən çox əcnəbini deportasiya ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son günlər keçirilən tədbirlər nəticəsində Gürcüstandan Azərbaycan, Banqladeş, Misir, Hindistan, İordaniya, İraq, İran, Çin, Pakistan, Rusiya, Türkmənistan və Türkiyə vətəndaşları deportasiya edilib.
Qeyri-qanuni miqrantların bir qismi Gürcüstanı könüllü tərk edib, digərləri isə məcburi şəkildə deportasiya edilib.
Gürcüstanın Daxili İşlər Nazirliyi may ayının əvvəlində aprel ayında ölkədən 96 qeyri-qanuni miqrantın deportasiya edildiyini bildirmişdi.