Ötən həftə daha 59 mina, 377 PHS aşkarlanıb

11:15 - 19 May 2025 - ÖLKƏ İÇİ

Mayın 12-dən 18-nə qədər işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Ucnoqta.az-a verilən məlumata görə, müvafiq dövr ərzində 1,291.8 ha ərazi mina və PHS-lərdən təmizlənib.
Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 36 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 377 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Xəbər xətti