ABŞ 2026-cı maliyyə ilində hərbi xərclərini 1,01 trilyon dollara çatdırmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu Ağ Evin açıqladığı növbəti maliyyə ili üçün federal büdcə layihəsində deyilir.
Sənəddə qeyd edilir ki, Vaşinqton müdafiə ayırmalarının həcmini 2025-ci maliyyə ili ilə müqayisədə 13% artırmaq niyyətindədir.