Misirdə güclü qum fırtınası səmanı narıncıya çevirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Məlumata görə, fırtına ölkənin şimal-qərbindən keçib. Nəticədə Es-Sallum şəhəri praktiki olaraq qaranlığa qərq olub. Yerli hakimiyyət sakinləri lazım olmadıqca küçəyə çıxmamağa çağırıb.