ABŞ dövlət katibi Marko Rubio Pakistanın baş naziri Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ilə telefon danışığı aparıb və onları iki ölkə arasında gərginliyi azaltmağa çağırıb.
Ucnoqta.az xəbər verir ki. bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir.
ABŞ dövlət katibi Pakistanın baş naziri ilə söhbətində Pahalqam hücumunu pisləmək lazım olduğunu vurğulayıb.
Dövlət katibi Pakistan rəsmilərini bu qəbuledilməz hücumun araşdırılmasında əməkdaşlığa çağırıb. O, həmçinin Pakistanı gərginliyi azaltmaq, birbaşa təmasları bərpa etmək və Cənubi Asiyada sülh və təhlükəsizliyi qorumaq üçün Hindistanla işləməyə çağırıb.
Rubio hindistanlı həmkarı ilə söhbətində insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı başsağlığı verib və ABŞ-ın terrorizmlə mübarizədə Hindistanla əməkdaşlığı dərinləşdirəcəyinə əmin edib.
O, həmçinin Yeni Dehlini gərginliyi azaltmaq və Cənubi Asiyada sülh və təhlükəsizliyi qorumaq üçün Pakistanla işləməyə çağırıb.