Azərbaycanda nazir vəzifəsindən azad edildi

21:05 - 13 May 2019 - Xəbər

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov vəzifəsindən azad edilib. 

Bu barədə nuhcixan.az saytı məlumat yayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Famil Naqim oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edilib.

Xəbər xətti