İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda ümumi uzunluğu 2 kilometr olan iki Hizbullah tunelini məhv edib.
Ucnoqta.az xəbər verir ki, İMQ sözçüsü bu barədə məlumat verərək, dağıntıda 450 ton partlayıcı maddədən istifadə edildiyini bildirib.
Açıqlamada bildirilib ki, İMQ əsgərləri Livanın cənubunda iki Hizbullah yeraltı tunelini məhv ediblər. Tunellərin uzunluğu təxminən 2 kilometr olub və 450 tondan çox partlayıcı maddədən istifadə edilib.
Departament qeyd edib ki, bu, "Hizbullah" tunellərinin axtarışı və məhv edilməsi üzrə genişmiqyaslı əməliyyatın bir hissəsi olaraq bu günə qədər Livanda aşkar edilmiş ən böyük və ən əhəmiyyətli yeraltı marşrutdur.