Növbəti köç karvanı Xocalıya çatdı

14:33 - 29 Aprel 2026 - ÖLKƏ İÇİ

Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan növbəti köç karvanları Xocalı şəhərinə çatıb.

Ucnoqta.az xəbər verir ki, ailələri Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Ailələrə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatlar barədə məlumat verilib, məlumatlandırıcı bukletlər paylanıb.

Bu mərhələdə Xocalının Badaraya 16 (59 nəfər), Xanabada 10 (46 nəfər), Təzəbinəyə 3 (15 nəfər), Xanyurdu kəndinə isə 4 ailənin (25 nəfər) qayıdışı təmin edilib.

Xəbər xətti