Baş redaktor vəzifəsindən çıxarılan Sara Əzimovaya yeni vəzifə verildi

11:30 - 29 Aprel 2026 - Xəbər

Sara Əzimovaya yeni vəzifə verilib.

Ucnoqta.az xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumda mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sara Əzimova bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, aprelin 17-də Sara Əzimova öz ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən azad edilib.///apa

Xəbər xətti