İngiltərə Kralı III Çarlz ABŞ-a səfəri çərçivəsində Ağ Evdə təşkil edilən rəsmi şam yeməyində verdiyi açıqlama gündəm olub.
Ucnoqta.az xəbər verir ki, Kral Çarlz Trampın Davosda Avropa ölkələrinə ünvanladığı ifadəsinə cavab verib.
Belə ki, Amerika liderinin çıxışı zamanı "əgər ABŞ olmasaydı, siz almanca danışardınız" ifadəsinə incə bir zarafatla cavab verərək deyib:
"Siz dediniz ki, ABŞ olmasaydı, avropalılar almanca danışardılar. Əgər biz olmasaydıq, siz fransızca danışardınız"- deyə qeyd edib. Onun bu sözləri salonda əyləşənlərin gülüşünə səbəb olub.
Tramp Davosda İkinci Dünya Müharibəsinə istinad edərək Avropa nümayəndələrinə demişdi: "Əgər biz olmasaydıq, hamınız almanca və bir az da yaponca danışardınız".