"Pul silməyə yer tapmırlar deyəsən?"

17:37 - 28 Aprel 2026 - Xəbər

Bir xəbər oxudum və dəhşətə gəldim. 

"Bakı Metropoliteni" QSC dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və Nizami stansiyasına qoşulmanı təmin edəcək." 

Ucnoqta.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov bildirib.

" Bu sadəcə ağılsızlıqdır. 28 may-Nizamı xətti onsuz da kesson üsulu ilə tikilib. Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonsıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir.

 Pul silməyə yer tapmırlar deyəsən?"

Xəbər xətti