Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 16-da saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini İdris Məmmədov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.
 
Xəzər RPİ tərəfindən araşdırma aparılır. 
                       
                                             
                            
                            
Fidan
