Bakıda 57 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Yeganə Tarlquli qızı Nağıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.