İsrailin Livan ərazisinə hava hücumları nəticəsində ən azı 912 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyi bu barədə Livanda yayılan açıqlamada bildirib.
Məlumata görə, son 24 saat ərzində itkilərin ümumi sayı 886-dan 912-yə, yaralıların sayı isə 2141-dən 2221-ə yüksəlib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Livanda hərbi əməliyyatlar səbəbindən məcburi köçkünlərin sayı 1049328-ə çatıb.