Bakınn 6 rayonunda yolların təmirinə başlanılır - Siyahı

12:09 - 15 İyun 2026 - Xəbər

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhərinin inzibati rayonları üzrə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə paytaxtın 6 inzibati rayonunda — Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. Təmir işlərinə yaxın müddətdə başlanılması planlaşdırılır.

Təmir işlərinin aparılması nəzərdə tutulan yolların siyahısını təqdim edirik:

Xəbər xətti