Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
Ucnoqta.az xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Hənifə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 9 ton 800 kiloqram olan 10 815 ədəd çətənə kolu məhv edilib.