İlk hissə çətin keçdi - Ançelotti

09:09 - 14 İyun 2026 - İDMAN

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Dünya Çempionatında Mərakeşlə oyunun nəticəsindən narazıdır.

Ucnoqta.az xəbər verir ki, "Globo" Ançelottinin oyun barədə fikirlərini yayıb.

"Oyun, xüsusən də ilk hissə çətin keçdi.Əsəbi idim, topu itirdik və meydanda tarazlıq az idi. İkinci hissə daha yaxşı keçdi və komanda növbəti matçda daha güclü olacaq. Özünəinamımızı itirə bilmərik. Dünya Kubokunun ilk matçında hər şey ola bilər. Nəticə məqbuldur, amma mübarizə aparmağa davam edəcəyik."

"Dünya Kubokları ilk matçda qazanılmır. Nəticədən narazıyam və performansımızı yaxşılaşdırmaq üçün çalışmalıyıq; bu normaldır" - təcrübəli mütəxəssis əlavə edib.

Xəbər xətti