Norveç hüquq-mühafizə orqanları Norveç və Rusiya arasındakı sərhəddən daş atmaqda şübhəli bilinən üç isveçlini saxlayıb və cərimələyib.
Ucnoqta.az xəbər verir ki, polisin veb saytında verilən açıqlamaya görə, Norveçdən Rusiya sərhəddən daş atan üç İsveç vətəndaşına qarşı iş açılıb.
Onların hər biri sərhədi pozduqlarına görə 8000 kron (730 avro) məbləğində cərimələnib.
TV2-nin məlumatına görə, Norveç-Rusiya sərhədi boyunca xüsusi təhlükəsizlik qaydaları qüvvədədir və xüsusilə sərhədə doğru və ya sərhəddən keçən hər hansı bir təhdid və ya qorxuducu hərəkəti qadağan edir.