Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycandan tranzit keçəcək
Ucnoqta.az xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti buğda tədarükü həyata keçiriləcək.
Məlumata əsasən, 7 vaqon olmaqla ümumilikdə 490 ton buğda iyunun 16-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.
Yükün daha sonra Azərbaycan ərazisindən tranzit keçərək Ermənistana çatdırılması nəzərdə tutulur.