Qaz kəmərində baş verən yanğının ilkin səbəbi açıqlanıb

00:00 - 10 İyun 2026 - Xəbər

Dağıstanın Kızılyurt yaxınlığındakı magistral qaz kəmərində baş verən yanğının ilkin səbəbi boru kəmərinin təzyiqinin aşağı düşməsi müəyyən edilib.

Ucnoqta.az bildirir ki, bu barədə Dağıstan Mərkəzi İdarəetmə Mərkəzinin rəhbəri İsrafil İsrafilov özünün Telegram kanalında məlumat verib.

"Hadisənin ilkin səbəbi boru kəmərinin təzyiqinin aşağı düşməsidir. Vəziyyət təcili yardım xidmətlərinin nəzarəti altındadır. Təcili yardım bölmələri nəticələr tam aradan qaldırılana qədər hadisə yerində işləməyə davam edir", - deyə o yazıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər magistral qaz kəmərində baş verən böyük yanğın söndürüleb. 

Xəbər xətti