Qabonun milli futbol komandasının keçmiş müdafiəçisi Hirondu Mousavu-Kinq 34 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə karyerası ərzində oynadığı İsveçrənin "Sent-Qallen" klubunun mətbuat xidməti məlumat verib.
"Sent-Qallen" klubu cəmi 34 yaşında vəfat edən keçmiş oyunçusu Hirondu Mousavu-Kinqin vəfatından kədərləndiyini bildiribr.
Mousavu-Kinq Fransanın "Pont du Gard", "Lorient", "Can", "Boulogne" və "Tuluza", İspaniyanın "Qranada" və İtaliyanın "Udineze" klublarında oynayıb. Onun karyerasındakı son klubu müdafiəçinin 2021/22 mövsümündə oynadığı Hindistanın "Benqaluru" klubu olub.