Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəblərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarına başlanılıb.
Ucnoqta.az xəbər verir ki, imtahanlar 8 iyun tarixindən Bakı şəhərində, 10 iyundan etibarən isə ölkə üzrə bütün müvafiq təhsil müəssisələrində keçiriləcək.
Cari tədris ili üzrə imtahanlarda 8000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur.
Bu ildən etibarən imtahan nəticələrinə uyğun olaraq məzunlara ilk dəfə elektron şəhadətnamələr veriləcək.