"Nyu-York Niks" və "San Antonio Spurs" arasında Milli Basketbol Assosiasiyasının (NBA) 3-cü final oyununun biletləri 25.000 dollara çatıb.
Ucnoqta.az xəbər verir ki, NBC News bu barədə məlumat yayıb.
NBC News müxbirləri bazar ertəsi günü Nyu-Yorkda baş tutan oyundan əvvəl azarkeşlər arasında sorğu keçiriblər. Kort biletlərinin maksimum qiyməti 25.000 dollar, ən ucuz biletləri 1350 dollar olub.
ABŞ prezidenti Donald Tramp oyunu izləyib.