İyulun 3-dən etibarən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlanılıb.
Maraqlıdır, müsabiqə üzrə indiyə qədər qeydiyyatdan keçmiş namizədlərin sayı neçə nəfərdir?
Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə 3 iyun tarixindən etibarən başlanmış qeydiyyat prosesində hazırkı tarixədək 30 minə yaxın namizəd qeydiyyatdan keçib.
Qeyd edək ki, elektron sənəd qəbulu iyunun 10-u saat 11:00-dək davam edəcək.