Ötən il təhsil sahəsinə 4.6 mlrd. manat və ya 2024-cü illə müqayisədə 12% çox (229 mln. manat) vəsait xərclənib.
Ucnoqta.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, icmal səhiyyə xərcləri isə 2,9 mlrd. manat ( 2024-lə: 244 mln. çox) təşkil edib.