Sərhədi pozmağa cəhd göstərən Nigeriya vətəndaşı saxlanılıb

11:09 - 8 İyun 2026 - Xəbər

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, DSX Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı - 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Xəbər xətti