Rusiya Prezidenti Vladimir Putin mayın 29-da Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının nəticələrini Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin söhbət zamanı Ermənistanın Baş nazirini ad günü münasibətilə də təbrik edib.